Makron Putinlə dialoqu dəstəklədiyini bəyan etdi

 15:14 18.11.2022     319

Fransa Prezidenti Emmanuel Makron cümə günü "Nikkei" və "Financial Times"a müsahibəsində rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna ətrafındakı vəziyyətlə bağlı açıq dialoq kanalını dəstəklədiyini bildirib.

Redaktor.az-ın məlumatına görə, o, "Mən Putinlə dialoq kanalını dəstəkləyirəm" deyib.

"Tərəfləri hərbi əməliyyatların dayandırılması və Ukraynanın suverenliyinin bərpası üçün danışıqlara çağırmaq lazımdır", - Fransa lideri bildirib.

O, ümid edir ki, “Rusiya və Ukrayna nümayəndələri şərait imkan verdikdə danışıqlar masası arxasına əyləşə biləcəklər”.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən