Zelenski yüzlərlə döyüşçünü təltif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna uğrunda döyüşən 402 hərbçini dövlət mükafatları ilə təltif edib.
Redaktor.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları "mva.gov.ua" saytında dərc olunub.
Qeyd edək ki, təltif olunanlardan 87-si ölümündən sonra mükafatlandırılıblar.
T.İSMAYIL












