SEPAH və ETTELAAT-ın zabitləri öldürüldü

 17:19 18.11.2022     289

Qərbi Azərbaycan əyalətinin Bəykəndi (Bukan) şəhərində etirazçılar İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşlarını öldürüblər.

Redaktor.az  “aftabnews” saytına istinadla bildirir ki, ötən gecə Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində baş verən toqquşmalarda Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mehdi İsnaəşəri və SEPAH zabiti Rəhim Səhabi həyatını itirib.

Həmidə İbrahimova