"Biz çörəyi bölüb, arasına bir parça ət, kartof və kahı sıxa bilmərik?" - Lukaşenko

 17:40 18.11.2022     392

"Respublikanı tərk edən McDonalds-ın yerini Belarus müəssisələri və istehsalçıları tutmalıdır".

Redaktor.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Bəziləri, xüsusən də gənclər arasında, yəqin ki, orta yaşlı, bəlkə də ondan da böyüklər nəfəsini kəsib inildəməyə başladılar: “Ah, McDonalds gedir.” Düşünürəm ki, Allaha şükürlər olsun ki, heç olmasa getdi! Bizim mallarımızın istehlak edildiyi işi belaruslar tutmalıdır”, - deyə Lukaşenko cümə günü aqrar-sənaye kompleksinin rəhbərlərinin mükafatlandırılması mərasimində vurğulayıb.

Belarus Prezidenti xatırladıb ki, o, həmişə yerli müəssisələri dəstəkləməyə çağırıb. “Yeyin, istehlak edin, xaricə tələsməyin”, - dövlət başçısı deyib.

Lukaşenko baş nazir Roman Qolovçenkonun diqqətini ona yönəldib ki, qlobal "fast food" korporasiyası əvəzinə məhz “belaruslar” işləməlidi.

"Unutma, başqa heç kim. Biz özümüz bu McDonald'sın bir vaxtlar etdiyini etməliyik, hətta daha yaxşısını. Biz çörəyi yarıya bölüb, bu iki yarıya bir parça ət, kartof və kahı sıxa bilmərik? Ya Rəbb, mən onu kimin istehlak etdiyini bilmirəm” - prezident deyib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən