Keçmiş prezident ev dustaqlığından BURAXILDI
Korrupsiya ittihamı ilə ev dustağı edilən Moldovanın keçmiş prezidenti İqor Dodon məhkəmənin yeni qərarı ilə cəzası ləğv edilib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Dodon jurnalistlərə verdiyi açıqlamada ev dustaqlığından azad edilməsinə dair qərarı qələbə hesab etdiyini bildirib.
"Bu, ilk qələbəmdir, məhkəmə məni ev dustaqlığından azad etdi. Amma mübarizə davam edir, bizim qarşıda böyü hədəflərimiz var",- o, məhkəmə qarşısında piket keçirən tərəfdarlarına deyib.
Tunar Altunbay












