Moskvada Yeni il şənlikləri ləğv olundu

 20:43 18.11.2022     390

Rusiyanın paytaxtı Moskvada Yeni il şənlikləri və atəşfəşanlıq ləğv olunub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Moskva meri  Sergey Sobyanin deyib.

“Moskva bayramları şəhərimizə yaraşan şəkildə bəzəkli qarşılanacaq. Lakin biz bu il atəşfəşanlıqdan və böyük konsertlərdən imtina etməyi məqbul hesab edirik. Atəşfəşanlıq olmayacaq”, - deyə mer bildirib.

Onun sözlərinə görə, Moskvada Yeni il tədbirləri yalnız hərbçilərə həsr olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən