Co Bayden doğum gününü belə qeyd edəcək

 09:18 19.11.2022     265

ABŞ Prezidenti Cozef Bayden doğum gününü noyabrın 20-də ailəsi ilə birgə qeyd etmək niyyətindədir.

Redaktor.az yerli mediaya xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.

“Birinci ledi bazar günü Prezidentin doğum gününü ailəsi ilə qeyd etmək üçün səhər yeməyi hazırlanması ilə məşğul olacaq. Adətən bunu Şükran Günündən əvvəl - çərşənbə günü qeyd edirlər. Lakin həftəsonu ailəsi burada olacağı üçün onun bunu birbaşa doğum günündə qeyd etmək imkanı olacaq”, - mətbuat katibi jurnalistin sualını cavablandırarkən deyib.

Qeyd edək ki, noyabrın 20-də Cozef Baydenin 80 yaşı tamam olacaq. Şükran Günü isə noyabrın 24-də qeyd olunacaq.