Rusiyada yaşayış binası partlayışda ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

 10:11 19.11.2022     526

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3-ü uşaq olmaqla ölənlərin sayı 7-yə çatıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Saxalinin qubrenatoru Valeri Limarenko məlumat verib. 

Onun sözlərinə görə, binanın partlayış qeydə alındığı hissəsində 33 nəfər yaşayırmış.

***

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə regionun qubernatoru Valeri Limarenko bildirib.

Məlumata görə, partlayışa məişət qazı səbəb olub.

Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən