Ruslar viran qoyduqları Mariupolda yaşayış binaları tikir

 12:19 19.11.2022     152

Hərbi inşaatçılar işğal ealtında olan Ukraynanın Mariupol şəhərində daha iki beşmərtəbəli evi açılışa hazırlayıblar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü "DXR"in rəsmi saytının Teleqram kanalında məlumat verilib.

"Bazar ertəsi, noyabrın 21-də Hərbi Tikinti Şirkətinin mütəxəssisləri Kuprin küçəsində 151 mənzillik iki növbəti hündürmərtəbəli binada açarları təhvil verəcəklər", - məlumatda deyilir.

Bildirilib ki, bu günədək hərbi inşaatçılar tərəfindən 10 ev tikilib, 717 mənzil istifadəyə verilib. Dekabrın əvvəlində daha iki ev istifadəyə veriləcək və beləliklə, şəhərdə 1011 mənzillik mənzil tikintisinin birinci mərhələsi başa çatdırılacaq. Onlar 2,5 min nəfəri qəbul edə bilir.

Qeyd edək ki, Rusiya ordusu mayın 20-də Mariupolu tamamilə işğal ediblər. İşğal zamanı şəhərdəki bütün binalar raketlərlə dağıdılmışdı.

T.İSMAYIL