Ukraynada daha 420 rus işğalçısı MƏHV EDİLDİ
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 83880 (+420) nəfər canlı qüvvəsi, 2885 (+6) tank, 5815 (+7) zirehli döyüş maşını, 1867 (+2) artilleriya sistemi, 393 (+0) reaktiv yaylım atəşi sistemi, 209 (+0) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1536 (+5) PUA, 480 (+6) qanadlı raket, 16 (+0) gəmi, 4368 (+2) avtomobil texnikası və avtosistern, 161 (+1) xüsusi texnikası məhv edilib.
T.İSMAYIL













