Rusiya gələn il üçün müdafiə xərclərini kəskin artıracaq

 13:28 19.11.2022     440

Rusiya müharibə və cəbhədəki məğlubiyyətlərə görə 2023-cü il üçün müdafiə sektoruna büdcə xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Gələn il üçün nəzərdə tutulan büdcə layihəsində Rusiyanın müdafiə xərcləri 40%-dən çox artırılıb.

Redaktor.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin Twitter-də kəşfiyyat məlumatlarına istinadən yaydığı  məlumata görə, xüsusilə, noyabrın 16-da Rusiya 820 milyard rubl (13,6 milyard dollar) cəlb edərək, bir günlük ən böyük borc emissiyasını həyata keçirib.

Bu, Rusiya üçün vacibdir, çünki borcların verilməsi Ukraynanın işğalından sonra əhəmiyyətli dərəcədə artmış müdafiə xərclərini dəstəkləmək üçün əsas mexanizmdir.

Tunar Altunbay