Sunak Britaniyanın Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb

 19:30 19.11.2022     117

"Ukrayna ehtiyac duyduğu və layiq olduğu sülh və təhlükəsizliyə nail olana qədər Böyük Britaniya bu ölkəyə yardımını davam etdirəcək".

Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevdə Prezident Zelenski ilə birgə mətbuat konfransında deyib.

Təkcə bu il Britaniyanın Ukraynaya 2,3 milyard funt-sterlinqdən çox hərbi yardım etdiyini xatırladan Rişi Sunak Böyük Britaniyanın gələn il də hərbi yardım göstərməyə davam edəcəyini əlavə edib.

"Siz döyüş meydanında Rusiya qüvvələrinə təzyiq etdikcə evləriniz, xəstəxanalarınız və mühüm infrastrukturunuz havadan məhv edilir. Özünüzü qorumağınıza kömək etmək üçün biz hava hücumuna qarşı dəstək, o cümlədən 120 xüsusi zenit silahı, həmçinin pilotsuz uçuş aparatları verəcəyik”.

Baş nazir Sunak həmçinin bildirib ki, Britaniya Ukrayna ordusu üçün təlim proqramlarını genişləndirir və hərbi tibb işçiləri və hərbi mühəndislər hazırlayacaq. "Bundan əlavə, Böyük Britaniya ordunuz üçün xüsusi qış texnikası, həmçinin ümumilikdə 16 milyon funt sterlinq dəyərində humanitar yardım verəcək"(apa.az).