Ukraynanı sərt qış gözləyir - Pentaqondan xəbərdarlıq

 22:55 19.11.2022     325

Rusiya ilə müharibədə Ukraynanı sərt qış gözləyir.

Redaktor.az xəbər verir ki, bunu Kanadanın Halifax şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

O, çıxışı zamanı Ukrayna ətrafında vəziyyətin inkişafını dəyərləndirib. 

Pentaqon rəhbəri bildirib ki, Moskvanın münaqişədə İran və Şimali Koreya kimi ölkələrin dəstəyini cəlb etmək səyləri ABŞ və müttəfiqləri üçün yeni təhlükəsizlik çağırışlarıdır.

O, Rusiyanın yenidən nüvə silahları ilə təhdid etməyə başlaya biləcəyini proqnozlaşdırıb və ABŞ və müttəfiqlərinin bu çətinliklərin öhdəsindən gələcəyini bildirib(modern.az).

Vumart və Güvən reklamı Vumart Güvən