Norveçdə mağazalardan ərzaq oğurluğu artıb

 09:42 20.11.2022     101

Norveçdə mağazalardan ərzaq oğurluğu hallarının sayı artır.

Redaktor.az xəbər verir ki, inflyasiya və ərzaq məhsullarının bahalaşması ilə əlaqələndirilir.

Qeyd olunur ki, narahatedici tendensiya Skandinaviyada unikal deyil və qonşu İsveçdə də müşahidə olunur.

Evnakerdəki “Rema 1000” mağazasının satınalma meneceri Didrik Korenin sözlərinə görə, yaşlılar və uşaqlı ailələr arasında oğurluq halları artıb. O bildirib ki ki, gənclər əvvəllər şirniyyat, qazlı və enerji içkiləri oğurlayırdılarsa, indi qida və istehlak mallarını oğurlayırlar.

“İnsanların sadəcə pulu yoxdur”, - deyə Koren vurğulayıb.

Norveç polisindən verilən məlumata görə, ölkənin bəzi bölgələrində xırda oğurluq halları 14% artsa da, bəzilərində azalma tendensiyası müşahidə olunur