Türkiyə qırıcıları havaya qalxdı - Bazalar bombalandı - VİDEO

 10:03 20.11.2022     101

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı hava əməliyyatının ilk görüntülərini yayıb.

Redaktor.az xəbər verir ki, bu barədə nazirlik özünün "Twitter" səhifəsində paylaşım edib.

"Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir", - paylaşımda deyilir.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir.