Dünyanın ən yaşlı şagirdi öldü
99 yaşlı ibtidai sinif şagirdi Priskilla Siteney dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, 12 yaşlı sinif yoldaşları ilə gələn həftə baş tutacaq imtahanlara hazırlaşan "nənə şagird" səhhətindəki problemlərə görə vəfat edib.
Məlumata görə, o evində ölü tapılıb.
YUNESKO tərəfindən ahıl yaşında oxumaq istəyinə görə, təqdir olunan 99 yaşlı qadının ölümünə ən çox sinif yoldaşları və müəllimlərinin üzüldüyü vurğulanır.












