“Almaniya ordusunun hərbi sursata ehtiyacı var”

 13:45 20.11.2022     114

“Almaniya ordusunu tam dəstəkləmək üçün on milyardlarla avro dəyərində sursat almalıdır. Bundesverin 20 milyard avro dəyərində hərbi sursata ehtiyacı var”.

Redaktor.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzetinə müsahibəsində Bundestaqın (Almaniya parlamenti) müdafiə məsələləri üzrə komissarı Eva Höql bildirib.

Onun sözlərinə görə, ölkədə sursat üçün çox az anbar var. E. Höql bu problemlərin həlli üçün hökumətin yaxın vaxtlarda vəsait ayırmasını zəruri hesab edir.

Bundestaqın səlahiyyətli nümayəndəsi ətraflı statistik məlumat vermədən onu da bildirib ki, hərbi qulluqçular heç də həmişə lazımi geyimlə təmin olunmur. O, keçən qışda isti formadan məhrum olan Litvadakı alman əsgərlərini misal çəkib.