Bu gün ölkəmizin işıqlı gələcəyinə səs veririk - Tokayev

 13:59 20.11.2022     138

"Bu gün biz ölkəmizin işıqlı sabahına və aydın gələcəyinə səs veririk".

Redaktor.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev jurnalistlərə açıqlamasında deyib.

Bu gün keçirilən səsverməyə qatılan Prezident bildirib ki, ölkədə islahatlar davam etdiriləcək:

"Biz islahatlara başlamışıq. Bu iş davam etdiriləcək. Bundan əvvəl ümumxalq səsverməsi keçirilib. Növbədənkənar seçkilərin keçirilməsinə xalqımız səs verdi. İndi biz seçkilərin keçirildiyini görürük".

Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Dövlət başçısı postu uğrunda hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.