Misirdə yol qəzası nəticəsində azı 12 nəfər ölüb

 15:15 20.11.2022     110

Misirin Qırmızı dəniz vilayətindəki Ras Qarib şəhərinin yaxınlığında avtobusun aşması nəticəsində azı 12 sərnişinin öldüyü bildirilir. Qəzada yaralanan 27 nəfər Ras Qarib xəstəxanasına çatdırılıb. Misirin Səhiyyə Nazirliyinin məlumatında onlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd edilib. Prokurorluq qəza ilə bağlı təhqiqat aparır.

Redaktor.az xəbər verir ki, Misir hökuməti avtomobil yollarında sıxlığın aradan qaldırılması məqsədilə genişmiqyaslı infrastruktur layihələri həyata keçirir. Buna baxmayaraq, bu ölkənin Statistika Agentliyi cari ildə yol qəzalarında ölüm hallarının 15,2 faiz artdığını qeyd edib(azertag.az).