Türkiyə sərhədinə raket hücumu  - 8 nəfər yaralandı

 20:10 20.11.2022     311

Türkiyənin Kilis şəhərində yerləşən sərhəd-keçid məntəqəsinə raket hücumu edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərbə nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb.

Hücum PKK/PYD terror təşkilatı tərəfindən Tel Rıfat bölgəsindən həyata keçirilib.

Vumart və Güvən reklamı Vumart Güvən