İstanbul terroruna görə daha 2 nəfər saxlanıldı 

 21:38 20.11.2022     128

Türkiyənin İstanbul şəhərində baş verən terror aktında şübhəli bilinən daha iki nəfər həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Şübhəlilərin terror aktını həyata keçirən Əhlam Əlbəşir və qaçan şübhəli Bilal Həsənin qanunsuz olaraq Türkiyəyə keçməsinə köməklik etdiyi bildirilir.

Noyabrın 13-də İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.