Almaniya Polşaya "Patriot"lar yerləşdirə bilər
Almaniya Polşaya ölkə ərazisində"Patriot" hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lemberlext bildirib.
Təklif ötən həftə Polşaya raket zərbəsindən sonra edilib. Zərbə nəticəsində Polşada iki mülki şəxs həlak olub.
"Təhlükəsizliyini təmin etməkdə dəstək təklif etmişik", - nazir qeyd edib.
NATO baş katibi Yens Stoltenberq bildirib ki, keçən həftə Polşaya dəyən və iki nəfərin ölümünə səbəb olan raketin Rusiyanın zərbəsi deyil, Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən atıldığı görünür.
ABŞ-ın məşhur "Raytheon" şirkəti tərəfindən istehsal edilən "Patriot" hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün nəzərdə tutulub.












