Moskvada iki nəfərin öldüyü yanğın söndürüldü - FOTO

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğın söndürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumat anbarda baş verən yanğında iki nəfər ölüb.
“Yanğınsöndürənlər gül anbarında baş vermiş yanğın nəticəsində ölən iki nəfərin cəsədini aşkar ediblər”, - deyə məlumatda bildirilib.