Moskvada yanğında ölənlərin sayı artdı

 08:58 21.11.2022     349

Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın sonucunda ölənlərin sayı artıb.

Redeaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, yanğında ölənlərin sayı 7-yə yüksəlib.

Məlumata görə, daha bir nəfər isə xəsarət alıb.

Eyni zamanda İstintaq Komitəsi hadisəyə malların düzgün saxlanmaması və yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olduğunu açıqlayıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən