Ukraynada Rusiya qoşunlarının karvanı darmadağın EDİLDİ

 09:41 21.11.2022     385

Ukraynanın Luqansk vilayətində rus işğalçıları ilə şiddətli döyüşlər davam edir. Ukrayna Müdafiə Qüvvələri üstünlük təşkil edən düşmən qüvvələrini qəhrəmancasına saxlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında bildirilir.

"Luqansk vilayətinin Sirotino qəsəbəsi ərazisində Rusiya Silahlı Qüvvələrinin işğalçı qoşunlarının karvanının darmadağın edilməsini təsdiq edirik. Düşmən itkiləri barədə məlumat dəqiqləşdirilir.

Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində yerli sakinlərin məcburi köçürülməsi tədbirləri davam etdirilir. Xüsusilə, Belovodsk sakinləri məcburi şəkildə Luqansk şəhərinə köçürülüb", - Baş Qərargah qeyd edib.

Məlumata görə, ən çətin döyüşlər indi Şərq Cəbhəsində gedir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən