İranda etiraz aksiyalarında ölənlərin sayı bilindi

 12:44 21.11.2022     182

İranda etiraz aksiyalarında 419 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda İnsan Haqları Fəalları təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 60-ı yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 17 451 nəfər həbs olunub. Onlardan 3 024 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil.

Eyni zamanda, həbs olunan 540 nəfər tələbədir. Nümayişlərə 142 universitetin tələbələri qoşulub.

Məlumata görə, ölkənin 155 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.

Həmidə İbrahimova