İranın məşhur aktrisaları hicablarını açdıqları üçün həbs edildi

 13:29 21.11.2022     278

İran höküməti ictimai yerlərdə hicablarını çıxaran iki məşhur aktirsanı həbs edib.

Redaktor.az “The guardian”a istinadla xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyindən məlumat verilib.

Məlumata görə, aktrisa Hengame Qaziani və Katayoun Riahi “təxribatçı” sosial media paylaşımlarına görə prokuror tərəfindən çağırıldıqdan sonra saxlanılıblar.

Qaziani İnstaqramda hicabını çıxartdığı videonu yayımlayaraq "Bəlkə bu mənim son yazım olacaq" deyə paylaşım edib.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən