Türkiyə yenidən raket atəşinə tutuldu - ölən və yaralananlar var

Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonunda yenidən raket hücumu həyata keçirilib.
Redaktor.az yerli mətbuata istinadla xəbər verir ki, atılan raketlərin bir hissəsi yaşayış məntəqələrinə düşüb.
Beləliklə, terror təşkilatları tərəfindən atılan 5 raket rayon mərkəzindəki orta məktəb və iki evə, həmçinin Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına düşüb.
Nəticədə bir uşaq, bir müəllim olmaqla 3 nəfər həyatını itirib, 2-si ağır olmaqla 6 nəfər yaralanıb.
Nərmin VÜQARQIZI