İranda etirazçıların interneti kəsildi 

 22:30 21.11.2022     188

İranda ölkə üzrə internet xidmətində böyük fasilə yaranıb.

Redaktor.azxəbər verir ki, bu barədə "NetBlocks" adlı internet monitorinq qrupu məlumat yayıb.

Dünya üzrə əlaqəni izləyən təşkilat bildirib ki, İranda yeni etiraz dalğası və itkilərlə bağlı xəbərlər fonunda bir çox istifadəçilər üçün mobil internet kəsilib.

Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra başlayan ümummilli etirazlar genişmiqyaslı iğtişaşlara çevrilib.