Ukrayna rəsmiləri Xerson sakinlərini qış üçün təxliyə olunmağa çağırır

Xəbər verdiyimiz kimi, Ukrayna ordusu noyabr ayının 11-də Xerson şəhərini rus işğalçılardan azad edib. Lakin Qara dəniz liman şəhəri olan Xerson işıqsız qalıb və səlahiyyətlilər şəhərin infrastrukturunun vətəndaşların qışdan sağ çıxa bilməyəcək qədər zədələndiyini deyiblər.
Redaktor.az CNN-ə istinadla xəbər verir ki, Ukraynanın cənubundakı Xerson şəhərinin sakinləri qış üçün işlək elektrik enerjisi və daha bütöv infrastruktura malik olan digər bölgələrə, xüsusilə də qadınlar, uşaqlar, qocalar və digər həssas insanlar təxliyə edilməlidir.
Müvəqqəti işğal edilmiş ərazilərin reinteqrasiyası üzrə nazir müavini İrina Vereşçuk bildirib ki, Ukrayna Xerson vətəndaşlarına Krivoy Roq, Nikolayev və Odessa şəhərlərinə pulsuz təxliyə təklif edəcək, bundan sonra Kirovohrad, Xmelnitski və ya Ukraynanın qərb vilayətlərinə köçürülə bilər.
Həmidə İbrahimova