“Pəncə-Qılınc” əməliyyatında məhv edilən terrorçuların sayı AÇIQLANDI
Türkiyə İraq və Suriyanın şimalında 50-dən çox təyyarə və 20 pilotsuz uçan aparatın iştirak etdiyi “Pəncə-Qılınc” hava əməliyyatı keçirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Pəncə-Qılınc əməliyyatı başlayandan indiyədək 184 terrorçu təyyarə və yerdən atəş dəstəyi ilə öldürülüb. Hesablamalarımıza görə, bu rəqəm artacaq. Son terrorçu məhv edilənə qədər mübarizəmizi davam etdirəcəyik",- deyə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyədə PKK və onun Suriya qolunun yerləşdiyi ərazilərə zərbələr endirilib. Türkiyə Milli Müdafiə Nazirliyi əməliyyatın uğurla keçdiyini bildirərək, əsas baza və terrorçuların sıx cəmləşdiyi məntəqələrin məhv edildiyini qeyd edib.
Həmidə İbrahimova












