Ukrayna hərbçiləri rusların komanda məntəqəsini VURDU

 10:42 22.11.2022     272

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələrinin artilleriya və raket qoşunları rusların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi əraziyə, düşmənin komanda məntəqəsinə və elektron döyüş məntəqəsinə zərbələr endirib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb.

"Ukrayna aviasiyası son sutka ərzində düşmənin şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi əraziyə zərbələr endirib", - Baş Qərargah əlavə edib.

Nərmin VÜQARQIZI