ABŞ Türkiyəyə raket hücumunu qınamadı
"Türkiyə və Suriyada həyatını itirən mülki vətəndaşlara dərin hüznlə başsağlığı veririk".
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti PKK/YPG terror təşkilatının Türkiyəyə qarşı raket hücumları ilə bağlı yaydığı bəyanatda deyib.
Qeyd olunur ki, ABŞ Dövlət Departamenti Türkiyəyə qarşı raket hücumlarını qınamayıb.
"Suriya və Türkiyədə mülki insanların itkisi ilə bağlı səmimi başsağlığımızı bildiririk. Mülki insanları qorumaq və İŞİD-i məğlub etmək kimi ortaq hədəfi dəstəkləmək üçün Suriyada gərginliyin azaldılmasına çağırırıq. İraqda koordinasiyasız hərbi qüvvələr ölkənin suverenliyini pozur”,- deyə bəyanatda bildirilib.
Həmidə İbrahimova












