Ukrayna ordusundan işğalçılara ağır zərbə

 12:11 22.11.2022     112

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 85000 (+400) nəfər canlı qüvvəsi, 2895 (+3) tank, 5827 (+5) zirehli döyüş maşını, 1882 (+12) artilleriya sistemi, 395 (+2) reaktiv yaylım atəşi sistemi, 209 (+0) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1537 (+0) PUA, 480 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4393 (+15) avtomobil texnikası və avtosistern, 161 (+0) xüsusi texnikası məhv edilib.

Rus qoşunları dünən ən böyük itkisini Baxmut və Lyman istiqamətlərində verib.

T.İSMAYIL

2