Putin Avropa Şurası ilə əlaqələrə son qoydu
Rusiya Prezidenti Vladimir Putin İvan Soltanovskini bu ilin martında Rusiyanın çıxdığı Avropa Şurasındakı daimi nümayəndə vəzifəsindən azad edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, müvafiq sərəncam çərşənbə axşamı dərc edilib.
“Soltanovski İvan Dmitriyeviç Fransa Respublikasının Strasburq şəhərində Rusiya Federasiyasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.
Qeyd edək ki, fevralın 25-də Rusiyanın Avropa Şurasının qanuni qurumlarında təmsilçiliyinin dayandırılması barədə qərar qəbul edilib. Rusiya XİN Moskvanın belə şərtlər altında Avropa Şurasında qalmayacağını vurğulayıb.
Mart ayında isə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın təşkilatdan çıxması ilə bağlı bildiriş alıb.
Turan İSMAYIL












