“Ətrafımızda terror dövləti yaratmağa cəhd etdilər” - Süleyman Soylu

 14:05 22.11.2022     321

“Ətrafımızda terror dövləti yaratmağa cəhd etdilər”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, Türkiyə buna icazə verə bilməzdi: “Ölkəmizi və millətimizi qorumaq bizmi borcumuzdur. Bu hər bir ölkənin təbii hüququdur”.

S.Soylu bildirib ki, terrorçuların öldürdüyü mülki insanlara kimsə reaksiya vermədi: “Amma Polşaya 2 raket düşdüyü üçün NATO-nun bütün üzv ölkələri ayağa qalxdı. İnsanları dillərinə, dinlərinə, yaşadıqları coğrafiyaya görə fərqləndirmək düzgün deyil”.

Türkiyə DİN başçısı vurğulayıb ki, insan hüquqları hər kəsə aiddir: "Bütün terror aktlarına eyni cür reaksiya verilməlidir".

Vumart və Güvən reklamı Vumart Güvən