33 ukraynalı hərbçinin cəsədi ailələrinə qaytarıldı
"Bu gün 33 Ukrayna hərbçisinin cəsədini ailələrinə qaytarmaq mümkün olub".
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Reinteqrasiya Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenok və Ukraynanın bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib.
"Cəsədlərin təhvil verilməsi ilə bağlı danışıqlar prosesi hər zaman davam edir. Biz birlikdə çalışırıq ki, müdafiəçilərin cəsədlərini ən qısa zamanda ailələrinə qaytaraq ki, onların xatirəsini layiqincə ehtiramla ansınlar", - Kotenko bildirib.
Turan İSMAYIL












