BMT Ukraynada ölən və yaralanan dinc sakinlərin sayını AÇIQLADI

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının məlumatına görə, fevral ayında Rusiyanın ölkəni işğal etməsindən sonra ən azı 6595 Ukrayna vətəndaşı həlak olub, 10189 nəfər isə yaralanıb.
Redaktor.az CNN-ə istinadla xəbər verir ki, öldürülənlər arasında ən azı 415 uşaq, 2575 kişi, 1767 qadın və 1838 cinsiyyəti hələ müəyyən edilməmiş şəxslər var.
Qeyd olunur ki, mülki itkilərin çoxu son ayların ən şiddətli döyüşlərinin müşahidə olunduğu və şərq bölgəsi olan Donbasdakı Donetsk və Luqansk vilayətlərində baş verib.
Qeydə alınan itkilərin əksəriyyəti ağır artilleriyadan atılan atəşlər, çoxsaylı buraxılış raket sistemləri, raketlər və hava zərbələri kimi geniş ərazi effektləri olan partlayıcı silahların nəticəsində baş verib.
Həmidə İbrahimova