Tokayev bu tarixdə and içəcək

 16:36 22.11.2022     333

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində 81,31 faiz səs toplayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, 6 milyon 456 min 393 nəfər hazırkı prezident Tokayevə səs verib.

Məlumata görə, Jiquli Dayrabayev 3,33 % (271 641 səs), Meyram Kajıken - 2,53 % (200 907), Karakat Abden - 2,61 % (206 206), Saltanat Tursınbekova - 2,12% (168 231), Nurlan Auesbayev 2,22 % (176.116) səs toplayıb. Seçicilərin 5,8 %-i “hamıya qarşı” xanasını (460 484 nəfər) işarə edib.

Tokayevin andiçmə mərasimi isə noyabrın 26-da paytaxt Astanada keçiriləcək.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən