Ruslar Zaporojyeni atəşə tutdu - Ölən və yaralananlar var

 17:19 22.11.2022     322

Rusiya qüvvələrinin Ukraynanın cənub-şərqindəki Zaporojye vilayətinin Orixiv şəhərində yardım paylama məntəqəsini atəşə tutması nəticəsində bir sosial işçi həlak olub.

Redaktor.az CNN-ə istinadla xəbər verir ki, bunu Zaporojye vilayət hərbi idarəsinin rəisi Aleksandr Starux “Teleqram” kanalında bildirib.

Məlumata görə, daha iki qadın isə yaralanıb.

Həmidə İbrahimova