Türkiyə prezidenti yeni əməliyyatların anonsunu verdi

 18:23 22.11.2022     286

"Allah qoysa, tezliklə tanklarımız və artilleriyamızla terrorçuların köklərini məhv edəcəyik".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Ankara yaxın gələcəkdə transsərhəd quru əməliyyatı keçirə bilər.

"Biz terrorçuların adlarını, harada olduqlarını və profillərini bilirik. Hətta onları kimin sığınacaq və silahla təmin etdiyini, kimin ruhlandırdığından da xəbərimiz var. İnşallah, tezliklə terrorçuların köklərini məhv etmək üçün tanklarımız və artilleriyamızdan istifadə edəcəyik", - deyə o deyib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən