Kral Argentina üzərində qələbəni milli bayram elan etdi

 20:54 22.11.2022     384

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud milli komandanın Qətərdə keçirilən dünya çempionatında Argentina yığması üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.

Redaktor.az xəbər verir ki, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etmək məcburiyyətində deyillər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən