Bayden yendiən prezident olmağı ailəsi ilə məsləhətləşəcək
ABŞ prezidenti Co Bayden ailə üzvləri ilə məsləhətləşdikdən sonra 2024-cü il prezident seçkilərində iştirakı barədə qərar verəcək, lakin özü iştirak etməkdə qərarlıdır.
Redaktor.az xəbər verior ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
“Prezident dəfələrlə bildirib ki, seçkilərdə iştirak etmək niyyətindədir, seçkilərdə iştirak etməyi planlaşdırır. O, ailə üzvləri ilə təkbətək söhbət edəcək. Təbii ki, bu söhbətin necə nəticələnəcəyini deyə bilməyəcəyəm. Ailəsi ilə belə bir söhbət etmək və bu cür söhbət etmək tamamilə prezidentin müstəsna hüququdur”, - deyə Jean-Pierre jurnalistlər üçün brifinqdə müvafiq sualı cavablandırıb.
Qeyd edək ki, Bayden daha əvvəl 2024-cü ildə yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparmağı planlaşdırdığını desə də, 2023-cü ilin əvvəlinə qədər yekun qərar verməyəcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, xüsusilə xanım Cil Baydenlə Şükran Günü (24 noyabr) və Milad (25 dekabr) bayramları arasında bu məsələni müzakirə etməyi gözləyir.
Tunar Altunbay












