PKK yenə Türkiyəyə raket atdı
Suriyanın şimalında yerləşən PKK/YPG terrorçuları Türkiyə ərazinə raket zərbələri endirib.
Redaktor.az CNN-Türk-ə istinadən xəbər verir ki, bu gün Türkiyə ərazisinə 3 raket düşüb.
Raketlərin boş əraziyə düşdüyü bildirilib.
Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Məlumatda o da bildirilir ki, PKK terrorçuları Suriyanın Hələb şəhərinin Aziz kəndinə də raket atıblar.
Partlayış nəticəsində kəndin 5 sakini həlak olub.
Tunar Altunbay












