Ruslar Zaporojyedə doğum evini atəşə tutdu - Yeni doğulan körpə öldü

 10:01 23.11.2022     225

Rus işğalçıları Zaporojye vilayətindəki Volnyanski xəstəxanasının doğum şöbəsinə raket zərbələri endirib,  nəticədə yeni doğulan körpə ölüb.

Redaktor.az xəbər verir ki, Zaporojye Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux bildirib.

"Gecə Rusiya canavarları Volnyanski xəstəxanasının kiçik doğum şöbəsini nəhəng raketlərlə atəşə tutdular. Kədər qəlbimizi bürüdü - dünyaya yenicə doğulmuş körpə öldürüldü", - Starux deyib. 

O əlavə edib ki, hazırda xilasedicilər hadisə yerində dağıntılar altında qalanları müəyyən edirlər.

Tunar Altunbay

2