Qüdsdə partlayış oldu - Yaralananlar var
Qüds şəhərində səhər saatlarında birbirinə yaxın iki ərazidə partlayış baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.
Partlayışlar nəticəsində azı 18 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.
Yerli polis hadisənin avtobus dayanacağında qoyulmuş çantada partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyi ehtimalını irəli sürüb.
İlk partlayış avtobus dayanacağında parke edilmiş skuterdə baş verib. Bundan az sonra Qüdsün Ramot qovşağında daha bir partlayışın baş verdiyi barədə xəbərlər yayılıb.
***
Bu gün səhər saatlarında Qüds şəhərində partlayış baş verib.
Partlayışa kustar üsulla hazırlanan qurğunun səbəb olduğu bildirilir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.
Nərmin VÜQARQIZI












