Ukraynadan Keniyaya 25 min ton buğda dəstəyi

 10:52 23.11.2022     354

Ukrayna quraqlıqla mübarizə aparan Keniyaya 25 min ton buğda göndərib.

Redaktor.az “Anadolu" Xəbər Agentliyinə istinadla xəbər verir ki, bunu Keniya vitse-prezidenti Riqati Qaçaqua mətbuata açıqlamasında bildirib.

Ölkəsində quraqlığın davam etdiyini bildirən Qaçaqua buğdanın ərzaq problemi olan bölgələrə paylanacağını qeyd edib.

"Resurslarımız iqlim dəyişikliyinin təsirləri ilə mübarizə üçün kifayət deyil. Biz quraqlığın təsirlərini minimuma endirmək üçün kömək istəyirik", - deyə Qaçaqua bildirib.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən