Mark Zukerberq “facebook”dan gedir? – AÇIQLAMA

Sosial şəbəkələrdə “Meta” şirkətin baş direktoru və "Facebook" qurucusu Mark Zukerberqin istefa verəcəyi ilə bağlı şayiələr yayılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat paylaşıb.
Məlumata görə, 38 yaşlı milyarder "Meta"nın rəhbərliyini tərk etmək qərarına gəlib.
Metanın rəsmisi Andy Stone isə yayılan şayiələri təkzib edib:
“Bütün bu məlumatlar yalandır”,- deyə o bildirib.
Nərmin VÜQARQIZI