Ukrayna Xorvatiyada hökümət böhranı yaratdı
Xorvatiyada hökumət böhranı yaşanır. Buna səbəb isə sözüdesən ölkənin Prezidenti Zoran Milanoviç Xorvatiya Silahlı Qüvvələrinin Ukrayna hərbçilərinin təlim və təhsilini təşkil edən Avropa İttifaqının missiyasında iştirakına razılıq verməməsidir.
"Redaktor.az" "Vecernji List"ə istinadla məlumatına görə, müdafiə naziri Mario Banoziç ona müvafiq məktub göndərib. Milanoviç öz izahatında Xorvatiya hərbi qulluqçularının bu missiyada iştirakının şərtlərinin anlaşılmaz və əsassız olduğunu bildirib.
Bundan əlavə, Xorvatiya lideri hesab edir ki, müdafiə nazirinin təlim missiyası ilə bağlı sorğu başlatmaq səlahiyyəti yoxdur. Bu səbəbdən o, hökumətdən və ya parlamentdən müraciət gözləyir.
Milanoviç onu da qeyd edib ki, qərar layihəsində Xorvatiya ordusunun üzvlərinin xaricdə həyata keçirəcəkləri fəaliyyətlər və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının Ukrayna ərazisində həyata keçirəcəkləri hərəkətlər və ya tədbirlər konkret göstərilməyib.
Prezident imtinanın səbəblərindən biri kimi Ukraynanın Xorvatiyanın müttəfiqləri siyahısına formal olaraq daxil edilməməsini göstərib.
Müdafiə naziri Mario Banoziç isə Prezidentin bu qərar ilə razılaşmayaraq deyib ki, o, Milanoviçin imtinası üçün heç bir obyektiv səbəb görmür. İndi müsbət qərar qəbul etmək üçün parlamentin üçdə iki səs çoxluğu tələb olunur.
Həmidə İbrahimova












