Ukraynada son sutkada 410 işğalçı MƏHV EDİLDİ - FOTO

 11:42 23.11.2022     189

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 85410 (+ 410) nəfər canlı qüvvəsi, 2897 (+2) tank, 5832 (+5) zirehli döyüş maşını, 1887 (+5) artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1537 PUA, 480 qanadlı raket, 16 gəmi, 4396 (+3) avtomobil texnikası və avtosistern, 161 xüsusi texnikası məhv edilib.

Rus qoşunları dünən ən böyük itkisini Avdiyivka, Baxmut və Lyman istiqamətlərində verib.

Nərmin VÜQARQIZI

 

2